Uçuş zamanı oksigen terapiyası tələb olunan sərnişinlər salona əl yükü ilə yanaşı oksigen balonunu (çəkisi 5 kq-dək) da ödənişsiz götürə bilərlər. Maye oksigen tərkibli balonlara icazə verilmir. Oksigen balonunun daşınması haqqında müraciət uçuşdan 48 saat əvvəldən gec olmayaraq Çağrı mərkəzi vasitəsilə rəsmiləşdirilməlidir. Bu zaman aşağıkıların qeyd edilməsi zəruridir:
• istehsalçının adı və cihazın modeli;
• cihazda istifadə olunan birdəfəlik və ya təkrar doldurulan batareyaların tipi;
• cihazın mütəmadi və ya vaxtaşırı tələb edilib-edilmədiyi barədə məlumat
Müraciət zamanı elektron poçt vasitəsilə cihazın şəkillərini, eləcə də skan edilmiş müvafiq sənədləri göndərməyinizi tövsiyə edirik.