Əl yükünün daşınmasını nəzərdə tutmayan tariflərdə təyyarənin salonunda aşağıda qeyd olunmuş əşyaların ödənişsiz daşınmasına icazə verilir:
- Ölçüləri 30x35x10 sm-ə qədər idman çantası, bel çantası, qadın əl çantası, kişi çantası və yaxud fotoaparat / kamera, noutbuk çantası (çantalar yalnız təyinatı üzrə istifadə olunmalıdır);
- Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
- Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.