"Buta Airways" aviaşirkəti sərnişinlərə baqajın daşınması, biletin maksimal müddəti, habelə dəyişdirmə və qaytarılma şərtləri ilə fərqlənən üç sərfəli tarif - "Büdcə", "Standart" və "Super" tarifləri üzrə aviabiletlər təklif edir.
"Büdcə" tarifi üzrə aviabiletlər, məcburi geri qaytarılma halları istisna olmaqla, qaytarıla və ya dəyişdirilə bilməz (ətraflı).
"Standart" və "Super" tarifləri üzrə alınan aviabiletləri uçuşdan əvvəl,aviabiletin ilkin dəyərinin 50 faizi tutulmaqla, dəyişdirmək və geri qaytarmaq mümkündür .
Saytımızda onlayn alınan aviabiletin qaytarılması üçün saytımızdakı əlaqə forması və yaxud callcenter@butaairways.az elektron poçt ünvanı vasitəsilə müştəri xidmətlərinə müraciət etmək lazımdır. Əgər aviabileti turizm şirkəti və ya agentlikdə almısınızsa, o zaman aviabiletin qaytarılması üçün müvafiq turizm agentliyinin kassasına müraciət etmək lazımdır. Aviabiletin bronlaşdırılması üçün kredit və ya debet kartı vasitəsilə ödəniş etdikdə vəsait 30 iş günü ərzində karta geri qaytarılacaq.