Sərnişinlərin salonda optimal yerləşməsi nəzərə alınmaqla yerlər sistem tərəfindən avtomatik olaraq təyin olunursa, o zaman yer pulsuz təqdim olunur. Əgər Siz sərnişin salonunda konkret yer təxsis etmək istəyirsinizsə, o zaman bu xidmət ödəniş müqabilində həyata keçirilir. Təyyarədə yeri aviabileti aldıqdan sonra da Çağrı mərkəzi vasitəsilə və ya “Bronun idarə edilməsi” səhifəsindən istifadə edərək təxsis etmək olar.