Aviaşirkətin qaydalarına əsasən, əgər Sərnişin Aviaşirkətin aşağıdakı hərəkətləri səbəbindən daşımadan imtina edirsə, bu halda ödəniş mütləq qaytarılmalıdır:
- Aviaşirkət Sərnişinin yer təxsis etdiyi və bilet rəsmiləşdirdiyi reysi təxirə salmış, ləğv etmiş, ləngitmişdir;
- Aviaşirkət Sərnişin üçün təyinat, yola düşmə məntəqəsində, yaxud dayanacaq olan məntəqədə hava gəmisinin enməsini ləğv etmişdir;
- xidmət sinfini dəyişmişdir;
- Sərnişin tərəfindən əvvəlcədən təxsis edilmiş yerə müvafiq yeri təqdim etməmişdir;
- əvvəlki reysin qeyd olunduğu biletdə göstərilən və Sərnişinin təsdiqlənmiş təxsisi olan reysə keçidi təmin etməmişdir.
Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ Sərnişinə qaytarılır.
Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər daşıma qismən yerinə yetirilmişdirsə, daşımanın həyata keçirilməmiş hissəsinin dəyərinə müvafiq məbləğ qaytarılır.