“Buta Airways” aviaşirkətinin bütün reyslərində qida təqdim edilir. Menyuda ödənişsiz sendviç və su nəzərdə tutulub. Həmçinin bizim saytımızda göstərilən siyahıdan isti yemək (biletin alınması zamanı və ya "təxsisetmənin idarə edilməsi" paneli vasitəsilə) sifariş edə bilərsiniz. Əlavə olaraq, hava gəmisində sərnişinlərə "Buta Airways" aviaşirkətinin jurnalının “Onboard Menu” menyu bölməsindəki siyahıdan müxtəlif qəlyanaltıların və içkilərin alınması təklif olunur.