"Buta Airways"in xüsusi reysləri koronavirus (COVID-19) pandemiyası dövründə və Respublikanın sərhədləri qapalı olduğu müddətdə sərnişinlər tərəfindən hava limanında və hava gəmisində xüsusi davranış qaydalarına riayət olunmaqla həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən qaydalara əsasən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və testin nəticəsi neqativ olması barədə arayış təqdim edən sərnişinlər xüsusi reyslərə qəbul edilir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaların tam mətni ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Bu bölmənin məqalələri
- Xüsusi reyslər nədir və müntəzəm reyslərdən nə ilə fərqlənir?
- Nədən xüsusi reyslərin sayı yalnız bəzi ölkələrlə məhdudlaşır?
- Uçuşdan əvvəl COVID-19 testindən harada keçə bilərəm?
- Peyvənd olunduğum halda COVID-19 testindən keçməliyəmmi?
- Koronavirus testi müsbət olduqda aviabileti geri qaytara bilərəmmi?
- Hansı ölkənin vətəndaşları Azərbaycana xüsusi reyslərlə gələ bilərlər?
- Azərbaycan Respublikasının vətəndaşları xaricə turist kimi uça bilərmi?
- Təyinat ölkəsinə girişlə bağlı tələblər barədə ən son məlumatı haradan əldə edə bilərəm?
- Ölkəyə qayıtdıqdan sonra 14 gün müddətində karantin şəraitində qalmaq lazımdırmı?