Aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:
- Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq qadın əl çantası və ya kişi portfeli, və ya kamera çantası və portativ kompyuter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
- Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
- Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;
- Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.